Milli Məclisdən dünya azərbaycanlılarına – MÜRACİƏT

Milli Məclisdən dünya azərbaycanlılarına – MÜRACİƏT backend

Azərbaycan Milli Məclisi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib. Report-un xəbərinə görə, müraciəti parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Müraciətdə qeyd olunub ki, dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunmasıdır: "Bu, dünya azərbaycanlılarının birliyindən asılıdır. Milli-mənəvi dəyərlərin qorunması vacibdir".

Müraciətdə vurğulanıb ki, dünya azərbaycanlıları səylərini birləşdirsələr bu, Dağlıq Qarabağla bağlı mühüm addım olar: “Hamınızı birliyə çağırırıq".