Qaziler.az saytı xəbər verir ki, “İstedadlı Əlillər” ictimai birliyinin “Fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasında qalib olub.
Layihə fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiya ilə bağlı problemlərdən bəhs edir. Layihə çərçivəsində fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanlarının, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi və üzə çıxarılması işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunması missiyası da layihə çərçivəsində görüləcək işlər siyahısında yer almışdır.Layihənin keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və cəmiyyətin bu məsələyə diqqətin çəkmək, sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir.
Layihənin qarşısına qoyduğu vəzifələr sadalanan məqsədlərin gerçəkləşdirilməsi yönümdə bir sıra işlər – təlimlər, konsultasiyalar, seminarlar, müsabiqələr, tədbirlər, sərgilər və konsertlər gerçəkləşdirməkdir.
Layihə üzrə nəzərdə tutulan işlərin Bakı və Gəncə şəhərlərində , Abşeron rayonunda həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində: Seminarın təşkili (iştirakçıların yaradıcılıq istiqamətləri və imkanlarının müəyyənləşdirilməsi). Müəyyən olunan istiqamət və imkanlar nəzərə alınmaqla fərdi inkişaf proqramının tərtib olunması və tətbiqi. İştirakçıların yaradıcılıq potensialının üzə çıxarılması yönündə işlərin aparılması: Bakı, Gəncə və Xırdalan şəhərlərində sərgilərin təşkili. Müsabiqələrin və konsertin təşkili. Kitab çapı və təqdimatı nəzərdə tutulub.
Layihə 6 aya həyata keçiriləcək. Əlilliyi olan istedadlı insanların bu layihədə iştirak etməyə dəvət edirik.
Əlaqə üçün: e-poçt. [email protected]
[email protected]
Veb. istedadlieliller-ib.com
Tel. 055-760-28-28