“Bank of Baku”nun rəhbəri işdən çıxdı

“Bank of Baku”nun rəhbəri işdən çıxdı backend

"Bank of Baku” ASC-nin İdarə Heyətinin (İH) sədri Abbas İbrahimov işdən çıxıb. Bu barədə "Report”a bankdakı məndə bildirib. Məlumata görə, hazırda sədrin vəzifəsini müvəqqəti olaraq sədr müavini Eldar Həmidov icra edir.


A.İbrahimovun isə "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İH-nin sədr müavini vəzifəsinə təyinat alacağı gözlənilir.
Artıq yanvar ayında bu təyinatların rəsmən təsdiqlənəcəyi ehtimal olunur.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.