Bakı metrosu bayram günü saat neçəyə qədər işləyəcək?

Bakı metrosu bayram günü saat neçəyə qədər işləyəcək? backend

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarının iş qrafikində dəyişiklik edib. Bu barədə Lent.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib.

N.Paşayevin sözlərinə görə, dəyişiklik Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda keçiriləcək tədbirlərlə bağlıdır: "Həmin tədbirlərin iştirakçılarının daşınması məqsədilə 31 dekabrdan 1 yanvara keçən gecə "Bakı Metropoliteni QSC-nin bütün stansiyaları gecə saat 02:00-a qədər işləyəcək. Zərurət yaranacağı təqdirdə stansiyaların iş vaxtı 02:30-a qədər artırıla bilər".