“Bakı Metropoliteni”ndə konsert proqramları keçiriləcək

“Bakı Metropoliteni”ndə konsert proqramları keçiriləcək backend

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakı Metropolitenində konsert olacaq.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev öz Facebook səhifəsində yazıb.
“Sabah saat 13:15-də konsert proqramı başlayır. Öncə klassik, daha sonra xalq mahnıları. Hər stansiyada 1,5 saat. 28 may, Elmlər Akademiyası, İçəri şəhər və bənövşəyi xəttin Memar Əcəmi stansiyalarında. Həm də 4 gün - 30, 31 dekabr, 1 və 2 yanvar tarixlərində. Bayramınız mübarək olsun!”, - yazıda qeyd olunur.