Həmrəylik Günü və Yeni İl münasibətilə veloyürüş təşkil olunacaq

Həmrəylik Günü və Yeni İl münasibətilə veloyürüş təşkil olunacaq backend

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan Velosiped İdmanı Federasıyası, "Ladıes on Bıkes" xanımların həvəskar velosiped klubu, Azərbaycan Talassemiya Federasiyası (ATF) və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı həmçinin "Velosport" mağazalarının yaxından dəstəyi ilə "Yeni il və Həmrəylik " veloyürüşü keçiriləcək. Bu barədə QAZİLER.AZ-a Təşkilat komitəsindən məlumat verilib.

Veloyürüş 30 dekabr tarixində, saat 14:00-da Azadlıq meydanından (Hökumət Evinin qarşısı) start götürərək Ağ Şəhər bulvarına qədər hərəkət edəcək və Port Bakunun qarşısında olan Şam ağacının yaxınlığında yürüş sona çatacaq. Yürüşün yekununda şam ağacının ətrafında Şaxta baba və Qar qız tərəfindən talassemiya və hemofiliyalı xəstələrə yeni il hədiyyələri təqdim olunacaq.

Bütün velosiped həvəskarlarını yürüşə dəvət edir və bayram sevincini birgə yaşamağa çağırırıq.