Firudin Məmmədov: “Hətta sabah müharibə başlasa...“

Firudin Məmmədov: “Hətta sabah müharibə başlasa...“ backend

"Hətta sabah müharibə başlasa, çox qısa müddətdə Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilər" Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Belarus Respublikasının vətəndaşı, şəhid Anatoli Davidoviçin doğum günüdür. 28 mart 1965-ci ildə Belarus Respublikasının Siutet şəhərində dünyaya göz açan Anaoli 1992-ci ilin iyununadək SSRİ, sonra isə Rusiya ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayıb.

“N” saylı hərbi hissədə artilleriya qərargahının rəisi olub. O, Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verib. 1992-ci ildə Ağdamda gedən döyüşlərdə ağır yaralanaraq, 13 iyun tarixində Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumub.

28 mart 1993-cü ildə Ağdərə döyüşlərində yaralanan Qarabağ Müharibəsinin qazisi Firudin Məmmədov Azərbaycanın Qarabağı azad etmək üçün kifayət qədər gücü olduğunu qeyd edir. "Deyerler.org"a müsahibəsində Firudin bəy deyib: "1993-cü ilin 28 mart tarixində müharibədə yaralandım. Həmin vaxt çox qızğın döyüşlər gedirdi, təkcə bizim tabordan 57 nəfər martın 28-i şəhid oldu.

Azərbaycan ordusu bu gün yetərincə gücə malikdir ki, torpaqları ermənilərdən azad etsin. Ordumuz həm canlı qüvvə baxımından, həm də silah-sursat baxımından çox ciddi qüvvəyə malikdir. Azərbaycanın öz hərbi sənayesi var, hansı ki, Azərbaycanın müharibədə istifadə edə biləcəyi silahların 70-80%-ni qarşılaya bilər.

Digər tərəfdən, Azərbaycan gənclərində güclü inam var. Hətta sabah müharibə başlasa, çox qısa müddətdə Azərbaycan öz torpaqlarını işğaldan azad edə bilər".

/Deyerler.org/
Diaspora