Goranboyun cəbhə kəndi olan Tapqaraqoyunluda düşmənin tez -tez atəş açmasına baxmayaraq sakinlər yeni il əhval ruhiyyəsindədir.
Qaziler.az Xəzər xəbər -ə istinadən bildirir ki, Lənkəranda isə yeni ilin gəlişi ilə bağlı kənd təsərrüfatı məhsulları yarmarkası təşkil olunub.Evlərdə yolka qurub, yeni təqvim ilini şən qarşılamaq üçün hazırlıqlar gedir.
Sakinlər alış-verişi edir.
Görüntülər Goranboyun düşmənlə ən yaxın məsafədə yerləşən Tapqaraqoyunlu kəndindədir. Cəbhədəki gərginliklər, etməni təxribatı kəndlilərin xoş əhvalına mane olmur.
Tapqaraqoyunluda həyat öz axarı ilə davam edir. Sakinlərin isə 2017-ci ildə bir arzusu var qələbə xəbərini eşitmək.
Bu kadrlar isə Lənkərandandır. Yeni il ərəfəsində əhalinin seçim imkanlarının artırılması və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə şəhərdə yarmarka təşkil edilib. Yarmarkada qiymətlər bazara nisbətən 20-25 faiz ucuz olub.
Əsasən alıcılara müxtəlif çeşiddə ərzaq məhsulları, meyvə- tərəvəz, şirniyyat, ət-süd məhsulları təklif olunub.