AZFEN-dən Qarabağ qazilərinin övladlarına bayram hədiyyəsi

AZFEN-dən Qarabağ qazilərinin övladlarına bayram hədiyyəsi backend

Qarşıdan yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu münasibətlə AZFEN B. M.HİK Qarabağ müharibəsi əlillərinin övladları üçün 120 ədəd yeni il şənliyi dəvətnaməsini Qarabağ Qaziləri İctimai Birliyinə göndərib.

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov AZFEN B. M.HİK-nin sədri cənab Etibar Axundova və xüsusilə də şirkətin rəhbərliyinə təşəkkür məktubu yazıb. O məktubda bildirib:

“Yeni il bayramı ərəfəsində Qarabağ müharibəsi əlillərinin övladlarına verilməsi üçün təqdim etdiyiniz 120 (yüz iyirmi) ədəd yeni il şənliyi dəvətnaməsi bizim üçün çox dəyərlidir. Bizə göstərdiyiniz diqqət və mənəvi dəstəyə görə Sizə təşəkkür etməyi özümüzə borc bilirik.

Allah Sizdən razı olsun!”


Həmçinin, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimat Əsədov, “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri Firudin Məmmədov, Fred Asif adına İnkişaf Fondu və “Qaziler.az.”saytı AZFEN B. M.-in kollektivini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara işlərində uğurlar arzulayırlar.

Bayramınız mübarək!