11-13 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Beyləqan və Xocavənd rayonlarında «Kitabi Dədə-Qorqudun izi ilə» adlı silsilə tədbirlər keçirilib.



Bu tədbirlər çərçivəsində qonaqlar Beyləqandakı N saylı hərbi hissədə əsgər və zabir heyətilə görüş keçiriblər. Görüşdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev də iştirak edib.
