Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək

Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək backend

Azərbaycan gələn il İran vətəndaşları üçün viza rejimini əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır. QAZİLER.AZ-ın Trend-ə istinadən məlumatına görə, bu sözləri iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.


Nazir deyib: “2017-ci ilin yanvarın 10-dan başlayaraq İran vətəndaşları Azərbaycana daxil olmaq üçün vizaları ASAN Viza sistemi ilə ala bilər, bu zaman onlar vizanı üç gün ərzində əldə edəcəklər”.