“Bu qədər Şaxta baba və Qar qız Bakı üçün çox azdır” - BŞİH

“Bu qədər Şaxta baba və Qar qız Bakı üçün çox azdır” - BŞİH backend

Yeni il bayramı ilə əlaqədar olaraq Bakı şəhərində Şaxta baba və Qar qız kimi 14 nəfər fəaliyyət göstərəcək. Bu barədə BakiPost.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinə müraciət edən 14 nəfərin hamısına fəaliyyət göstərmələri üçün lisenziya verilib: "Bu il Şaxta baba və Qar qız kimi işləmək üçün müraciət edənlər xeyli azdır. Bakı şəhəri üçün 14 nəfər çox azdır. Amma neyləmək olar, müraciət edənlərin sayı bu qədərdir. Dünəndən müraciət edənlərin hamısı iş başındadır”.

Qurum rəsmisi əlavə edib ki, yeni il axşamı evlərə getmək üçün müraciət edən 7 nəfərə də icazə verilib.

Əlabbas Bağırov əlavə edib ki, hazırda Bakı şəhərində 6 yeni il yarmarkası fəaliyyət göstərir: "Digər yarmarkalar isə bağlanaraq fəaliyyətlərinə xitam verilib. Hazırda yalnız "Nəriman Nərimanov”, "Koroğlu”, "İnşaatçılar”, "Elmlər akademiyası” və "28 may” metro stansiyalarının çıxışında, həmçinin Füzuli meydanında yeni il yarmarkaları fəaliyyət göstərir”.