Qaz kəmərinin partlamasıyla bağlı - RƏSMİ AÇIQLAMA

Qaz kəmərinin partlamasıyla bağlı - RƏSMİ AÇIQLAMA backend

Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində baş verən partlayış zamanı xəsarət alan olmayıb. Bunu BakiPost.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oktay Bayramov deyib.


O bildirib ki, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir:"Partlayış Bakı-Ələt yolunun 43-cü kilometrliyində dağlıq ərazidə baş verib. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Boru xətləri əhalinin yaşadığı ərazilərə yaxın deyil. Bu səbəbdən həmin ərazidə yerləşən evlərə də hər hansı xəsarət dəyə bilməz.
Ümumiyyətlə, partlayış zamanı xəsarət alan olmayıb”.