Bakıda qaz borusu partladı - GÜCLÜ YANĞIN BAŞLAYIB

Bakıda qaz borusu partladı - GÜCLÜ YANĞIN BAŞLAYIB backend

Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb. Lent.az-ın məlumatına görə, Səngəçal qəsəbəsi yaxınlığından keçən boru xəttində başlayan alışma şiddətlənib və güclü yanğına keçib.

Dövlət Yanğından Mühafizə Xidmətindən Lent.az-a bildirilib ki, yanğın ərazidən keçən qaz borusunda baş verib. Əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsi ilə bildirib ki, hadisə Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində baş verib. Burada “Azəriqaz”ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb. Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə məlumat yoxdur.