İran Sərhəd Qoşunlarının komandanı, briqada generalı Qasım Rzayi Azərbaycanda səfərdədir. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirlikdən qeyd ediblər ki, Q.Rzayi bu gün birgə toplantıda iştirak üçün Naxçıvana səfər edib.O, səfərdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə bundan əvvəl imzalanmış protokolların reallaşdırılması ilə bağlı müzakirələr aparılacaq.
Generalın sözlərinə görə, Naxçıvandakı iclas zamanı iki ölkə arasında tranzit məsələlərinə də toxunulacaq.