QHT beynəlxalq layihədə Azərbaycanı təmsil edib

QHT beynəlxalq layihədə Azərbaycanı təmsil edib backend

“Gənclərin Mübadiləsi və Anlaşması” Şəbəkəsi “Konfliktlərin idarə olunması” adlı 3 mərhələli layihəyə start verib.

QAZİLER.AZ qhtxeber.az-a istinadən bildirir ki, Xorvatiyanın Vukovar şəhərində “Gənclərin Mübadiləsi və Anlaşması (GMA)” şəbəkəsinin təşkilatçılığı ilə “Konfliktlərin idarə olunması" adlı beynəlxalq layihənin ilk təlimi baş tutub. Layihədə ölkəmizi "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin üzvləri Sevinc Məmmədova və Hüseynxan Hacızadə təmsil ediblər.

GMA şəbəkəsinə üzv olan təşkilatların nümayəndələrinin iştirak etdiyi layihənin məqsədi sülh quruculuğu, mədəniyyətlərarası dialoq və ətraf rayonlarda nifrətin bütün formalarına qarşı mübarizə aparmaq, münaqişə zonalarında olan gənclərin sülh quruculuğu, münaqişələrin həlli yollarına dair biliklərini artırmaq, təcrübələrini inkişaf etdirməkdir. 2013-cü il İnsan Hüquqlarının Hesabatına əsasən, proqram ölkələrində mövcud ayrı-seçkilik, xüsusilə Balkan ölkələrində gender bərabərsizliyi, nifrət nitqi, insan hüquqlarının pozulması məsələləri qeyd olunub.

Layihə çərçivəsində növbəti təlimlər Kipr və Balkan ölkələrində təşkil olunacaq.
Diaspora