Bakıda mağazalarda partlayıcı oyuncaqlar aşkarlanıb.
QAZİLER.AZ Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayon ərazisində Bakı şəhər sakinləri Famil Əzizov və Hatəm Əliyev özlərinə məxsus mağazalarda yüksək səsyayıcı xüsusiyyətə malik olan partlayıcı oyuncaqlar satdıqları üçün 17-ci PB əməkdaşları tərəfindən barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.Araşdırma aparılır.