"Yeni ilə münasibəti ilə 5 stansiyada yolka quraşdırılıb”. Bu barədə BakiPost.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, metropoliten sərnişinlər üçün bayram qabağı Yeni il tədbirləri təşkil edir: "Hazırda Yeni il hazırlıqları davam edir. Dekabrın 28-i və 29-u saat 10:00-da Şaxta baba və Qar qız metroya səyahət edəcək. Şaxta baba və Qar qız, xüsusən də balaca sərnişinlərimizi sevindirəcək. Onlara xüsusi hədiyyələrimiz olacaq. Həmçinin 5 - Elmlər Akademiyası, Memar Əcəmi, Koroğlu, İçərişəhər və 28 may stansiyalarında böyük yolkalar da qurulub”.Nəsimi Paşayev qeyd edib ki, hələ ki, 31 dekabr gün ilə bağlı xüsusi olaraq hər hansı plan yoxdur.