Akula 13 yaşlı sörfçü qızı parçaladı

Akula 13 yaşlı sörfçü qızı parçaladı backend

Fransada 13 yaşlı sörfçü bədbəxt hadisənin qurbanı olub. Türkiyə mətbuatının verdiyi xəbərə görə, dünən Reunion adasında 2002-ci il təvəllüdlü Elio Kanestri sörf zamanı akulanın hücumuna məruz qalıb. Belə ki, Kanetr 7 məşq yoldaşı ilə qadağan olunmuş zonada sörf etmək istəyib.

Bu zaman akulanın hücumuna məruz qalıb. Hal şahidlərinin dediyinə görə, akula 13 yaşlı qızın qolunu, ayağını və qarnının bir hissəsini parçalayıb. Bu zaman xilasedicilər qızı dənizdən çıxara bilib. Xəstəxanaya aparılan idmançının həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, hadisənin olduğu adada son 4 ildə 16 nəfər akulanın hücumuna məruz qalıb.
Diaspora