Məşhur ticarət mərkəzində FACİƏ: 6 yaşlı qızın barmağı qopdu

Məşhur ticarət mərkəzində FACİƏ: 6 yaşlı qızın barmağı qopdu backend

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib. Nərimanov Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.