Dekabrın 26-da Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsinin açılışı olub. QAZILER.AZ AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da tədbirdə iştirak ediblər.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə də tanış olublar.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov küçədə görülən yenidənqurma işləri barədə dövlət başçısına məlumat verib.