Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə gözündəki problemi əks etirən fotoların sosial şəbəkələrdə yayılmasını və müzakirə mövzusuna çevrilməsini şərh edib.
Qaziler.az xəbər verir ki, Akademik A.Əlizadə Ölkə.Az-a açıqlamasında gözündən əməliyyat olunduğunu bildirib:“Gözümlə bağlı yayılan məlumatlardan xəbərim var. Axı burada qeyri-adi nə var? Bu, hər bir adamın başına gələ bilər. Allahdan arzu edirəm ki, bu cür hadisə heç kəsin başına gəlməsin”.
A.Əlizadə həmçinin qeyd edib ki, Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində AMEA-nın fəaliyyəti üçün ayrılan vəsaitlərin həcmində azalma nəzərdə tutulmayıb:
“AMEA-nın 2017-ci ildə fəaliyyəti üçün ayrılacaq vəsaitlərin həcmində azalma nəzərdə tutulmur. Bununla bağlı səslənən bəzi fikirlər doğru deyil. AMEA-nın büdcəsində heç bir azalma olmayıb, əksinə 2016-cı ildəki qədər saxlanılıb. Akademiya 2016-cı ildə necə inkişaf edibsə, 2017-ci ildə də eyni templə inkişaf edəcək. Hətta, 2017-ci ildə AMEA-nın özü belə gəlir gətirmək imkanı yaradıb”.