Qarabağ döyüşçülərinin borca görə nazirlik qarşısında aksiya keçirməsi düzgün deyil.
Qaziler.az bildirir ki, bunu Sherg.az-a Qarabağ döyüşçülərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında aksiya keçirməsi istəyinə münasibət bildirərkən "Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov deyib.Onun sözlərinə görə, anlaşılmazlığın hansı formada olmasından asılı olmayaraq, problem danışıqlar səviyyəsində həll edilə bilər:
"Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında anlaşılmazlığın hansı formada olduğundan geniş məlumatım olmasa da, düşünürəm ki, məsələ bu qədər böyüdülməməlidir. Birlik sədri kimi dəqiq deyə bilərəm ki, ƏƏSMN müharibə veteranları və qazilərlə görüşlər keçirir, onların problemləri ilə maraqlanır. Ona görə, bu səviyyədə diqqətli quruma qarşı belə aksiya keçirilməsini düzgün hesab etmirəm. Borcun ödənilməsi ilə bağlı nə vaxtdan mitinq keçirilib anlaya bilmirəm. Borc məsələsi yarandıqda adətən cənab nazirlə görüş səviyyəsində və ya ümumən həmin borclara aidiyyatı bölmə qarşısında məsələ qaldırılıb, problem həll edilir. Belə bir zamanda veteranların bu şəkildə mitinq keçirməsi yaxşı hal deyil ”.
Qeyd edək ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara olan borcun ödənilməməsi səbəbindən aksiya keçirməyə hazırlaşır.