Bakıda hotel sökülür

Bakıda hotel sökülür backend

Bakıda Yusif Səfərov küçəsi-30 ünvanında yerləşən “Araz” hoteli sökülür.

Qaziler.az bildirir ki, APA TV -nın xəbərinə görə, artıq “Araz” hotelinin yarısı sökülüb.

Ərazidə polis əməkdaşları və Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri var.

Hotelin hansı səbəbdən sökülməsi ilə bağlı rəsmi heç bir məlumat verilməyib.

Qeyd edək ki, hotel içərisindəki əşyaları ilə birgə sökülüb.