Sumqayıtda sexdə partlayış olub. APA-nın məlumatına görə, hadisə Tağıyev qəsəbəsində yerləşən Texnologiyalar Parkında qeydə alınıb.
Balon doldurma sexində balonun partlaması nəticəsində orada işləyən, 1960-cı il təvəllüdlü Kamandar İslam oğlu Hüseynov xəsarət alıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.Sumqayıt Texnologiyalar Parkında partlayış

