Qeyri-Hökümət Təşkilatları Forumunun IX Qurultayı keçirilir - FOTOLAR

Qeyri-Hökümət Təşkilatları Forumunun IX Qurultayı keçirilir - FOTOLAR backend

Bu gün Milli Qeyri-Hökümət Təşkilatları Forumunun (MQF) IX Qurultayı öz işinə başlayıb. “Eurasia Diary” xəbər verir ki, qurultay iştirakçıları ilk növbədə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra qurultayın iclası keçirilib. İlk növbədə Reyasət heyətinin mandat redaksiya və say komissiyası seçilib. MQF forumunun prezidenti Rauf Zeyni açılış nitqi ilə çıxış edib. Forumun fəaliyyəti ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Forumun 4 illik hesabatı təqdim edilib.

Onu da qeyd edək ki, MQF qurultayını forumun fəxri üzvlərindən biri BAMF-ın sədri Umud Rəhimoğlu aparır.



Forum hazırda davam edir. Qurultayda bir çox dövlət rəsmilərinin, o cümlədən də vətəndaş cəmiyyəti təmsilçilərinin çıxış etməsi gözlənilir.



Forumun Reyasət heyətinin 4 illik hesabatı nəzarət təftiş komissiyasında dinlənəcək. Sonda isə Milli QHT forumunun rəhbər orqanlarına seçkilər keçiləcək və nəticələr günorta saatlarınadək bəlli olacaq.