Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidova ağır itki üz verib.
QAZILER.AZ-ın əldə etdiyi məlumata görə, İskəndər Həmidovun həyat yoldaşı Rəna xanım vəfat edib.Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Birliyin İdarə Heyətinin üzvləri və Qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu İskəndər Həmidova həyat yoldaşı Rəna xanımın vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin!