İnam Kərimov bəzi domenləri bağlatdırdı - Etirazlar var

İnam Kərimov bəzi domenləri bağlatdırdı - Etirazlar var backend

Azərbaycanda "ASAN Viza”nın fəaliyyətə başlaması ilə "az” domenində tərkibində "visa” sözü olan bütün saytların fəaliyyəti dayandırılıb və domen üzrə bütün səlahiyyətlər "ASAN Viza” xidmətini yerinə yetirən ASAN Xidmətə verilib.


BakiPost.az xəbər verir ki, bu barədə sözügedən saytların rəhbərləri məlumat yayıb. Məlumata görə, bu barədə domen sahiblərinin elektron ünvanlarına məktub göndərilib və xəbərdarlıq edilib. Məktubda saytların dayandırılması qərarının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verildiyi qeyd olunub.

Domenlərin fəaliyyətinin dayandırılması isə sahibkarların narazılığına səbəb olub.

Vahid Qasımovun sosial şəbəkədə yaydığı məlumata görə, etirazlardan sonra saytının fəaliyyəti dayandırılan şəxslər ASAN xidmətə çağırılıb.

Məsələ ilə bağlı "ASAN xidmət”in mətbuat xidmətindən açıqlama almaq istəsək də, telefonlarımıza cavab verən olmadı.

Qeyd edək ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə "ASAN Viza" sistemi vasitəsilə elektron viza veriləcək.