Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 saylı sərnişin avtobusunun vuraraq öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşdirilib. “Report”un xəbərinə görə, bu, Yevlax rayon sakini, 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğludur. Belə ki, E.Fərəcov işdən evə qayıdarkən yolu keçmək istəyib. Bu zaman onu avtobus vurub.
E.Fərəcov 2001-ci ildən “Qoroskop” qəzetində satış müdiri vəzifəsində çalışıb. “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli sayta açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, E.Fərəcov 2001-ci ilə qədər “Ədalət” qəzetinin satış müdiri olub. Xatırladaq ki, avtobusun sürücüsü Məhərrəm Paşayev saxlanılıb, araşdırmalar davam etdirilir.