Bakıda türk diplomatın 15 yaşlı qızı intihar edib - YENİLƏNİB

Bakıda türk diplomatın 15 yaşlı qızı intihar edib - YENİLƏNİB backend

Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib. APA-nın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Günler Şəvvalın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində çalışır.

09.01
Bakıda intihar olub.

APA-nın məlumatına görə, hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Günlər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.

İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq dərsdən 1 günlük uzaqlaşdırılıb.

Onun bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.