Paytaxtın Nizami rayonunda yerləşən köhnə maşın bazarına giriş-çıxış üçün sürücülərdən 1 manat miqdarında qanunsuz pul alınır.
Təbii ki belə vəziyətdə sürücülərin haqlı narazılığına səbəb olur. Maraqlısı budur ki, sürcülərdən pul aldıqdan sonra onlara qəbz təqdim edilmir. Bazar rəhbərliyi isə mövqe bildirməkdən imtina edir.Maşın bazarında dayanacağın ödənişli olub-olmamasını əks etdirən heç bir nişan yoxdur.
Bununla belə bazara giriş-çıxış üçün sürücülərdən qanunsuz pul alınır.
Görüntülər Paytaxtın Nizami rayonu Babək prospektində yerləşən köhnə Maşın bazarındandır. Avtomobillər çıxarkən bir nəzarətçi dayanacaq haqqı kimi sürücülərdən pul alır. Özü də 1 manat. Bu isə narazılığa səbəb olur.
Pul aldıqdan sonra sürücülərə heç bir qəbz təqdim edilmir.
Nəzarətçilərə yaxınlaşıb sürücülərdən pul tələb etmələrinin səbəbini soruşduq.
Problemlə bağlı bazar rəhbərliyinə müraciət etsək də cavab verməkdən imtina etdilər.