Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın Berlin şəhərində törədilmiş faciəvi hadisə ilə əlaqədar açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açıqlamada deyilir:
“Biz Almaniyanın Berlin şəhərində insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.Məlumatda o da bildirilir ki, Azərbaycanın Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır.