Rusiya istintaq qrupu xüsusi reyslə Türkiyəyə gedir

Rusiya istintaq qrupu xüsusi reyslə Türkiyəyə gedir backend

Rusiyanın operativ-istintaq qrupu Ankaradakı səfir Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq, bu gün xüsusi reyslə Türkiyəyə yola düşəcək. Modern.az xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb.

Ötən gün Rusiya və Türkiyə liderləri qətlin araşdırılması üçün Ankaraya Rusiya istintaq qrupunun göndərilməsi ilə bağlı razılıq əldə ediblər.
Vladimir Putin qeyd edib: "Biz qatili kimin göndərdiyini bilməliyik".

A.Karlovun öldürülməsindən sonra V.Putin Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliklərinin mühafizəsini gücləndirməyi tapşırıb.