Akademik Arif Mehdiyev vəfat edib- öz ad günündə

Akademik Arif Mehdiyev vəfat edib- öz ad günündə backend

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Mehdiyev vəfat edib. Mərhumun ailəsindən APA-ya verilən məlumata görə, A. Mehdiyev bu gün günorta saatlarında dünyasını dəyişib.

Xəstəliyinin səbəbi açıqlanmayıb.

Qeyd olunub ki, A. Mehdiyevlə vida mərasiminin harada keçiriləcəyi və mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.

Qeyd edək ki, A. Mehdiyev 19 dekabr 1934-cü ildə Bakı şəhərində anadan olub.

Moskvada Rabitə Elektrotexnika İnstitutunu bitirib. O 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvüdür.

Allah rəhmət eləsin!

Qeyd edək ki, akademikin vəfat etməsi barədə xəbəri ilk olaraq "Qafqazinfo" saytı yayıb.