Bakıda ucuz bayram yarmarkaları açılır - BŞİH-dən açıqlama

Bakıda ucuz bayram yarmarkaları açılır - BŞİH-dən açıqlama backend

Bakı şəhər İcra hakimiyyətinin Xidmət və Ticarət Departamenti yeni illə bağlı hələlik paytaxtda 12 bayram yarmarkası təşkil edib. Bu barədə BakıPost.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, yarmarkalar əsasən metroların giriş və çıxışında quraşdırılıb: "Hazırda təxminən 12-yə yaxın yarmarka fəaliyyət göstərir. Onların sayının artması istisna olunmur.

Yarmarkalar, xüsusən metroların giriş və çıxışında təşkil olunub. Çünki əhalinin əziyyət çəkməsini istəmərik. Həmçinin yarmarkaların təşkil olunması paytaxtda yeni illə bağlı küçə ticarətinin artmasının qarşısını almaq, küçələrdəki pərakəndə satışı yarmarkalara cəlb etmək və süni qiymət artımının qarşısını almaqdır”.
Əlabbas Bağırov yeni il bayramı ilə bağlı olaraq hələ ki, 6 nəfərin Şaxta baba və Qar qız kimi işləmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiyini bildirib: "Ola bilər ki, yeni ilə qədər onların sayı artsın. Bu gün ayın 19-dur. Yəqin ki 25-nə kimi onların sayı artacaq”.