Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Nadir Əzizov bildirib.
“Azərbaycan Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyevin təşkilatçılığı ilə regionlarda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirildi. İzdihamlı keçirilən yarışlarımıza ictimaiyyət tərəfindən böyük diqqət var idi. Bu kimi iri yarışlar kikboksinq idman növünün ictimailəşməsinə stimul verir. Artıq, bu gün əminliklə demək olar ki, kikboksinq idman növü gənclər arasında ən populyar idman növünə çevrilib. Bu il kikboksinq federasiyası üçün məhsuldar il oldu.Eyni zamanda, bu il bir neçə yeni zalların açılış mərasimi oldu. Qarşıdakı illərdə planlar çoxdur. Bununla bağlı federasiya prezidenti Adil Əliyev illik hesabatımızda 2017-ci ilin hədəflərimizi bəyan edib”,-deyə N.Əzizov vurğulayıb.