DİN Xəzər rayonunda baş verən yanğınla bağlı məlumat yaydı

DİN Xəzər rayonunda baş verən yanğınla bağlı məlumat yaydı backend

DİN Xəzər rayonunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. Lent.az Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən bildirir ki, dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

Yanğın nəticəsində 200 kvm. sahədə yanar konstruksiyalar yanıb. Yanğında xəsarət alan Xocalı rayon sakini İlkin Zamanlıya və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evinə gediblər.