Bəzi firmalar kombiləri təmir etmək istəmir

Bəzi firmalar kombiləri təmir etmək istəmir backend

Qışda əksər evlər kombi vasitəsilə qızdırılır. Bir kombi sisteminin quraşdırılması da 1500-2000 min manata başa gəlir.

Lakin bəzi firmalar kombi sıradan çıxanda onu təmir etməkdən boyun qaçırır. Bunu da özlərinə məxsus formada əsaslandırmağa çalışırlar.

Xezerxeber.az məlumat verir ki, ustalar gördükləri sadə bir işin qarşılığında isə yüksək məbləğdə zəhmət haqqı tələb edirlər. Mütəxəssislərin kombininin ömrünü uzatmaqla bağlı bir sıra tövsiyələri var.

70-80 manata görə kombiniz tez sıradan çıxa bilər, üstəlik zəmanətdən də məhrum ola bilərsiniz.

Ustaların sözlərinə görə, kombinin sıradan çıxmaması üçün iki cihazın-stablizator və qaz requlyatorunun quraşdırılması mütləqdir. Həmin cihazlar olmayan kombiyə bəzi firmalar zəmanət vermir.

Stabilizatorun qiyməti 45-50 manat, qaz requlyatoru isə 25-30 manat arasında dəyişir. Bu istilik sistemlərini qorumaq üçün əlavə olaraq bir sıra məqamlara da fikir vermək lazımıdr.

Mütəxəssislər deyir ki, kombilərdə ən çox rast gəlinən müraciət suyu isti saxlamağa kömək edən, esenzior adlı ehtiyat hissəsi ilə bağlıdır.

Digər cihazlara nisbətən kombilərin təmirinin nisbətən çox xərc tələb etdiyini mütəxəssislər də təsdiqləyir. Onların sözlərinə görə, qiymətə ən çox təsir edən ehtiyat hissələrinin hansı ölkədən gətirilməsidir.

Görülən işin çətinliyi və həcmi də qiymətə təsir edən amillərdəndir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: