Ticarət mərkəzindən 15700 partlayıcı oyuncaq götürüldü

Ticarət mərkəzindən 15700 partlayıcı oyuncaq götürüldü backend

Bakıdakı ticarət mərkəzlərindən birindən qadağan edilmiş əşyalar götürülüb.

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində səyyar ticarətlə məşğul olan Salman Qasımov və Azər Hacıyevdən ümumilikdə 15700 ədəd yüksəsk səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Araşdırma aparılır.