Yeni yubiley medalı təsis edilib

Yeni yubiley medalı təsis edilib backend

Azərbaycan Dövlət Gömrük Komitəsinin 25 illiyi ilə əlaqədar yubiley medalı təsis edilib.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, prezident İlham Əliyev bununla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun imzalayıb.

Qeyd olunan qanunla “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalının haqqında Əsasnamə və medalın təsviri təsdiq edilib.