Xəzərdə qərq olan briqadadan yalnız bir nəfər sağ qaldı

Xəzərdə qərq olan briqadadan yalnız bir nəfər sağ qaldı backend

Bu gün “Azneft” İB-nin Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin dənizə uçan estakadasında çalışan briqada əməkdaşlarından yalnız bir nəfər sağ qalıb.

QAZİLER.AZ -ın Qafqazinfo-ya istinadən xəbərinə görə, platformanın sağ qalan krançısı Ramazanov Nuru Nəbi oğlu olub. Sosial şəbəkələrdə yayılan xəbərə görə, N. Ramazanovun işlətdiyi kran xarab olub və buna görə də o, işə getməyib.