Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin ( DGK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərində 24.000 ədəd pirotexniki məmulatlar aşkar edilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.