10 neftçinin itkin düşdüyü qəza ilə bağlı qərargah yaradıldı

10 neftçinin itkin düşdüyü qəza ilə bağlı qərargah yaradıldı backend

N. Nərimanov adına Neft və Qazçıxarma İdarəsində baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində qərargah yaradılıb. SOCAR-dan Lent.az-a verilən məlumata görə, qərargahda operativ məlumat almaq üçün əlaqə telefonları da yaradılıb. Qərargahın əlaqə telefonları aşağıdakılardır:


+994 50 841 10 62

+994 50 841 12 09

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.