Bakıda ADA Universitetində "Dinlərarası Tolerantlıq və Mətbuatın Rolu" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin moderatorluğu ilə müzakirələr başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin müavini Qəmərxanım Cavadlı "Tolerantlıq və medianın fəaliyyəti" mövzusunda çıxış edir.
Demokratiya və Ekstremizmlə mübarizə üzrə Avropa Fondunun tədqiqatçısı Tommaso Virgili çıxış edir. Panelin ön çıxışçısı Bakı Dövlət Universitetinin professoru Aqil Şirinov "İslamda Tolerantlıq" mövzusunda məruzə edir.

Tədbirin açılışını Aİ Nümayəndəliyinin rəhbəri səfir Malena Mard etdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı (Aran), Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edir.
Qeyd edək ki, tədbir Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, ADA Universitetində Avropa İttifaqının Qabaqcıl Təcrübəsinin dəstəyi Mərkəzi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir.

Tədbirin təçkilatçılarından biri olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev media nümayəndələrinə açıqlama verir.
eurasiadiary.az