4500 müəllim üçün diaqnostik qiymətləndirmə keçirilir

4500 müəllim üçün diaqnostik qiymətləndirmə keçirilir backend

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Masallı Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 4500 nəfərə yaxın müəllim iştirak edəcək.

Diaqnostik qiymətləndirmə dekabrın 16-da da davam edəcək.