Moskvada Azərbaycan əleyhinə tədbir: “Talışistanın himni“nin təqdimatı keçiriləcək

Moskvada Azərbaycan əleyhinə tədbir: “Talışistanın himni“nin təqdimatı keçiriləcək backend

Moskvada yaşayan bir qrup separatçı Azərbaycan əleyhinə tədbir keçirməyə hazırlaşır. Bu barədə Lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, özlərini qondarma “Talış Dirçəliş Hərəkatı”nın üzvləri adlandıran qrup hərəkatın himnini təqdimatını keçirməyə hazırlaşır. Tədbir hansısa şəxsi obyektdə və ya mənzildə deyil, Moskva Millətlər Evində keçiriləcək.

Dekabrın 16-da keçirilməsi nəzərdə tutulan tədbirə qondarma hərəkatın üzvləri dəvət edilib.