Paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun metereoloji amillər nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat qədər endirilib. Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirilib.
Axşama doğru yollarda buzlaşma olarsa, sürət həddi daha 20 km/saat qədər endirilə bilər.Bakının əsas magistral yollarında sürət həddi endirildi

