Firudin Məmmədov: “Təəssüf ki, Kamran Əliyev yol polisinin qanunsuzluğu ilə bağlı acı həqiqəti dilə gətirmək cəsarətini özündə tapa bilməyib”
Xəbər verildiyi kimi, dünən Qax sakini, 1-ci qrup Qarabağ əlili Bəxtiyar Bayramov Dövlət Yol Polisi əməkdaşlarına etiraz edərək öz avtomobilini yandırıb. Hadisədən sonra Qarabağ qazisi Qax rayon Dövlət Yol Polis idarəsinə dəvət edilib. Bunu Qaziler.az saytına “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədov deyib. Onun sözlərinə görə, Qax rayon DYP idarəsinin rəisi Ayaz Məmmədov B.Bayramovla görüşüb söhbət edib, ondan hadisənin səbəbi soruşub: “Bəxtiyar da yol polisinin məhkəmə qərarına məhəl qoymamasından narazı olduğunu və bu səbəbdən də əsəbləşərək avtomobilini yandırdığını deyib. Polis rəisi Qazinin yanında onu bu işə vadar edənləri də tənbeh edib. O, Qarabağ qazisini sakitləşdirərək ona qarşı ədalətli davranılacağını deyib”.F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin hadisə ilə bağlı açıqlamasına da münasibət bildirib: “Təəssüf ki, Kamran Əliyev yol polisinin qanunsuzluğu ilə bağlı acı həqiqəti dilə gətirmək cəsarətini özündə tapa bilməyib. Və belə danışıb”
QAZİLER.AZ