Yaxın aylarda paytaxtda havayı “Wi-Fi“ olacaq

Yaxın aylarda paytaxtda havayı “Wi-Fi“ olacaq backend

Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz "Wi-Fi" xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcəklər.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu “Caspian European Club”un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov deyib.

Onun sözlərinə görə, “İctimai Wi-Fi” layihəsi çərçivəsində işlər davam edir.

T.Məmmədov deyib: “Wi-Fi xidmətlərindən İçərişəhər və Dənizkənarı Milli Park ərazisində istifadə etmək mümkün olacaq. Bu layihənin əsas məqsədi insanların kütləvi toplaşdığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir”.