Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Bakının Nərimanov rayonu ərazisində yanğın baş verib.
APA-nın xəbərinə görə, hadisə Xətai prospekti 5 ünvanında qeydə alınıb. Həmin ünvanda hazırda istifadə olunmayan tikilidə yanğın başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qısa vaxtda yanğının qarşısı alınıb, alovun digər tikililərə keçməsinə imkan verilməyib.Nərimanov rayonunda YANĞIN

